“Daha zəif komanda ilə qarşılaşmaq da mümkün idi”

“Daha zəif komanda ilə qarşılaşmaq da mümkün idi”

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələlərinin püşkü atılıb.

Sports.az xəbər verir ki, təmsilçimiz “Araz-Naxçıvan” yeni formatda keçirilən turnirin 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.

Bu komandalar arasında ilk oyun noyabrın 24-də Bakıda, cavab görüşü dekabrın 5-də səfərdə keçiriləcək.

“Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov federasiyanın rəsmi saytına püşkü dəyərləndirib:

“11 ildən sonra bu mərhələyə vəsiqə qazandıq. Bu dəfə yarış fərqli formatda keçiriləcək. İndi elit-raund deyil, 1/8 final mərhələsi tətbiq olunur. Səbətdə yer alan komandalar arasında zəif iştirakçı yox idi. Ona görə çətin olacağını bilirdik. Ancaq püşk üzümüzə gülsəydi, hazırkı rəqibimizlə müqayisədə nisbətən zəif komanda ilə qarşılaşmaq da mümkün idi. Bu dəfə reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan “Benfika” ilə rəqib olduq. Heyətlərində keyfiyyətli, güclü futzalçılar yer alıb. Buna baxmayaraq, mübarizə aparacağıq. Təəssüf ki, heyətimiz də optimal deyil. Əsas mərhələdən sonra 2 futzalçımız cəzalı duruma düşüb, bir oyunçumuz isə Rumıniyadakı oyunlar zamanı zədələnib. Hazırlaşacağıq, məşqçilər korpusunun da təlimatlarını alacağıq. Evdə oynadığımıza görə, azarkeşlərin arenaya gələcəklərinə, nəticədən asılı olmayaraq komandamıza dəstək olacaqlarına inanırıq. Noyabrın 24-dək vaxtımız var. Oyuna qədər olan müddətdən yaxşı istifadə edəcəyik”.

Son xəbərlər
Azərbaycanın 4 cüdoçusu kata üzrə DÇ-də iştirak edəcək
AGF yeni layihəyə start verib
“Bəzi oyunçuların səviyyəsi potensialımızı tam şəkildə üzə çıxarmağa imkan vermir”
“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt” rotasiya ilə bağlı problemlər yaşayır
“Daha zəif komanda ilə qarşılaşmaq da mümkün idi”
Haland transfer təkliflərinə açıqdır
Azərbaycan boksçusu İslamiadada ilk görüşünü qalib bitirdi
“Fiziki cəhətdən zəif təsir bağışladıq”
“Liverpul” “Real”ın əsas transfer hədəfinə göz dikib
İlk turdan təxirə salınan oyun keçirildi
AİJA 30 illik yubileyini qeyd etdi
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi İslamiadadakı ikinci oyununda uduzdu
“Lənkəran” “Sumqayıt”a məğlub oldu
“Çelsi”dən İngiltərə komandaları arasında tarixin ən gənc ikinci heyəti
“Sabah”ın sabiq baş məşqçisi Rusiyada ayın ən yaxşısı seçildi
Flik gənc istedadı “Barselona”da saxalmaq niyyətindədir
“Araz-Naxçıvan”ın növbəti rəqibi müəyyənləşdi
“Qarabağ” və futbolçuları fərqli nominasiyalarda ilk "10-luq"da yer alıblar
“Şahdağ Qusar”la “Zaqatala”dan qələbə
“Bayern”in ulduzunun sıraya qayıtması ilə bağlı müddət uzana bilər
İsmayılov Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb
Millimiz İslamiadada növbəti qələbəsini qazandı
Millimizin heyətində dəyişiklik edildi
İslandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlandı
“Qarabağ”ın futbolçusu 8-10 həftə oynamayacaq
Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza
“Qarabağ”la “Araz-Naxçıvan” Təcili Tibbi Yardım gecikdiyinə görə cərimələndi
PSJ gənc ulduzla bağlı transfer fikrindən daşındı
DAHA ÇOX

Ən çox oxunanlar