“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Araz-Naxçıvan” Sumqayıtda “Karvan-Yevlax”la qarşılaşacaq. Oyunu Nicat İsmayıllı idarə edəcək.
Günün digər oyununda “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Oyunun baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.
İlk oyun günündə “Şamaxı” “İmişli”yə (1:0) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub. “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqa
11-ci tur
8 noyabr
“Araz-Naxçıvan” – “Karvan”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:44.





























