Azərbaycan futbolu
AFFA rəsmisi "Bayern" - "Arsenal" matçına təyinat aldı

08.11.2025 | 13:20
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.
Sports.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Bayern" (Almaniya) – "Arsenal" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən "Alyans Arena"da baş tutacaq.
Son xəbərlər





























