19-cu dəfə “Azərsun Arena”da

Peşəkar Futbol Liqası Azərbaycan derbilərinin keçirildiyi stadionlarla bağlı statistikanı açıqlayıb.
Sports.az xəbər verir ki, ilk derbi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
Tofiq Bəhramov adına Respublika Stadionu daha çox – 30 derbini qəbul edib.
Ümumilikdə 14 arenada derbi keçirilib.
Tofiq Bəhramov adına Respublika Stadionu, 8-ci km (müxtəlif adlar altında) stadionu və “Liv Bona Dea Arena”da hər iki komanda ev sahibi olub.
“Neftçi” “Qarabağ”ı 4 stadionda qəbul edib.
“Neftçi”nin ev oyunları 8-ci km stadionunda daha çox – 23 dəfə keçirilib.
“Qarabağ” rəqibini 12 arenada qəbul edib.
“Qarabağ”ın ev oyunlarına Suraxanıdakı stadion (yenidənqurmadan əvvəl və sonra) daha çox ev sahibliyi edib – 18 dəfə.
Derbilər 5 müxtəlif şəhərdə keçirilib.
Neytral meydandakı iki oyunun biri Tofiq Bəhramov adına Respublika Stadionunda, biri ADBTİA stadionunda keçirilib.
2010/11 mövsümündə “Neftçi”nin 2, “Qarabağ”ın 1 ev derbisi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. 2014/15 mövsümündə isə hər komanda 1 dəfə rəqibini 8-ci km stadionunda qəbul edib.
2020/21 mövsümündə 4 matçın hərəsi bir stadionda – 4 fərqli arenada baş tutub.





























