Azərbaycan futbolu
Azərbaycan derbisinə ən çox təyinat almış hakimlər

09.11.2025 | 11:30
Bu gün Misli Premyer Liqasının 11-ci turunun “Qarabağ” – “Neftçi” matçı baş tutacaq.
Sports.az xəbər verir ki, Azərbaycan derbisi tarixində ilk oyunun baş hakimi Rüstəm Rəhimov olub.
O, ilk mövsümün hər iki matçını idarə edib. Əvvəlki çempionat derbilərini 30 hakim idarə edib. Əliyar Ağayev hamıdan çox – 13 derbidə fit çalıb.
Fariz Yusifovla Xaqani Məmmədov hərəyə 9 belə matç keçirib.
Derbilərdə iki ata-oğul baş hakim olub. Gülağa Cabarovla Rauf Cabarov (hərəsi 2), Rövşən Əhmədovla Rəşad Əhmədov (müvafiq olaraq 8 və 3).
Son xəbərlər





























