“Səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir” - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.
Sports.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Allah şəhidlərimizə rəhmət eləsin.
Mahmudovun zədələri var idi. Birinci hissə bitməzdən əvvəl də Emin göstərdi ki, onda bitdi. Zaman lazımdır.
Komanda bu gün pis oynamadı. Bir reallıq var ki, səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir. Birinci hissədə fikrimcə, yaxşı oynadıq və sona qədər davam etdirdik. Vensan Abubakarın da epizod yaratmamasına gəldikdə, “Qarabağ” elə-belə komanda deyil ki, tez-tez epizod yaradasan. Güclü hücumçularımız var və Abubakarın olması da oyunçularımızda böyük motivasiyadır.
Mənim fikrimlə razılaşmaya bilərsiz, ancaq belə derbi oyunlarında belə ucuz penaltilər vermək olmaz. Bu penalti bizə pis təsir etdi və bizi özümüzdən çıxardı. Hakim tərəfindən həmin penaltinin verilməsi böyük səhv idi.
Komandamdan çox razıyam. Fərqli “Neftçi”ni izlədik. Bu gün bu qədər insanın gəlməyinin səbəbkarı “Qarabağ”ın oyunu deyil, “Neftçi”nin oyunu idi, ümid vermişdik.
Bütün planlar Emin Mahmudovun çıxması ilə pozuldu. Nəyisə gec etdiyimizi düşünmürəm, sadəcə planlar pozuldu”.





























