Premyer Liqa klublarının cəzası açıqlandı

Premyer Liqa klublarının cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” komandası 2000 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra “Karvan-Yevlax” komandasının 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalanıb.

“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt” komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Sumqayıt” komandası 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilib.

“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, stadiona gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə “Sabah” komandasına xəbərdarlıq edilib.

Son xəbərlər
“Real” əsas ulduzlarından birii itirə bilər
AFFA nümayəndəsinə UEFA-dan təyinat
“Atletiko” “Kristal Pelas”ın hücumçusu ilə maraqlanır
Gəncə komandası çempionatdan kənarlaşdırıldı
“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı
Sadiq Quliyevə 1 oyunluq cəza
Emiliano Martines İtaliya A Seriyasına keçə bilər
Premyer Liqa klublarının cəzası açıqlandı
“Naxçıvan” amerikalı basketbolçu ilə yolları ayırdı
“Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb
“Real”da türk ulduzla bağlı narahatlıq
Upamekano aparıcı klublardan birinə rədd cavabı verdi
“Milan”ın “İnter”ə qarşı məğlubiyyətsiz silsiləsi davam edir
Luis Enrike Lyuka Şevalyeyə inamını ifadə etdi
“Real” rəhbərliyi klubun satışını baxışdan keçirir
Kukurelya “Barselona”ya qarşı oyundan gözləntisini açıqladı
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
UEFA Çempionlar Liqası: Liqa mərhələsində 5-ci tura start verilir
AÇ: Millimiz bu gün ilk matçına çıxacaq
Yüksək Liqada 4-cü turun növbəti oyunu keçiriləcək
“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında növbəti sınağı
Vinisius “Real”dan “tarixi müqavilə” tələb edir
“Nitsa” baş məşqçisinin istefası haqda düşünür
Günün oyunları – TV
Pulişiç “İnter” üzərində qələbəni şərh etdi
Laporta “Çelsi”yə qarşı oyundan qayğılıdır
Vinisius Florenitino Peresin cavabını verdi
“Qarabağ” “Napoli” ilə üz-üzə
“Espanyol” “Sevilya”nı xalsız yola saldı
DAHA ÇOX

Ən çox oxunanlar