AFFA-dan gözləntilər

AFFA-dan gözləntilər

Şahruddin Fransa ilə oyundan sonra limitin ləğvini tənqid edib.
Məncə, bunun Azərbaycan futboluna faydası olmasa da, ən azı ziyanı da olmayacaq. İndiyəcən limit vardı guya əlimiz bala batmışdı...

Amma təbii ki, hansısa daha uğurlu variant da fikirləşmək mümkündü.
Mənə görə, limiti Şahruddin yaşda futbolçulara yox, aşağı yaşlılara tətbiq etmək olar. Məsələn hər komandada 16 yaşadək 1, 17 yaşadək 1 və 19 yaşadək 1 yerli futbolçuya əsas heyətdə şans verilə bilər. Oyuna sifariş ərizəsində də əlavə deyək ki, yaşı 21-ə çatmamış 5 yerli futbolçu.

Yəni məqsəd futbolun inkişafıdısa, hamı da limit ləğvini AFFA-nın yeni rəhbərliyinə irad tutursa, bu şəkildə etmək olar. Şərt də bu qoyulmalıdı ki, bu futbolçular yalnız klubların öz yetirmələri olmalıdı...

Dövlət hər il klublarda uşaq futboluna bəlli bir məbləğ ayırır. UEFA 3-cü dərəcəli ölkələrdə uşaq futbolunun inkişafına görə klublara hər il az-çox yardım edir. Bu il bir qədər də bəxtimiz gətirib. Belə ki, "Qarabağ" Çempionlar Liqasında Liqa mərhələsinı yüksəldiyi üçün UEFA klublarımızda sırf uşaq futbolunun inkişafına yönəldilməsi nəzərdə tutulmuş 800 min avro ayırıb.

Bir daha təkrarlayım ki, heç də az olmayan bu məbləğlər sırf uşaq futbolunun inkişafı üçün ayrılır.

Amma tək-tük klubları çıxmaqla heç kim bu vəsaiti təyinatı üzrə xərcləmir. Əksəriyyət üçün böyük futbol prioritetdi və bu yardımları da əsasən keyfiyyətsiz legionerlərə sərf edirlər.

Yəni, limit olacaqsa, futbolun inkişafına fayda verəcək bir mexanizm düşünülməlidi. Uşaq futboluna ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi üçün də həmçinin...

AFFA-nın baş katibi Cahangir Fərəcullayev demişdi ki, biz işə sıfırdan başlamalıyıq.
Uşaqların oynaması, məşq etməsi üçün 1 təbii ot örtüklü meydançanın olmadığı ölkədə "sıfırın altından" desə daha doğru olardı.

Dövlət bu problemlərin həlli üçün maliyyə ayırır. Bu vəsaitin klublar tərəfindən niyə təyinatı üzrə xərclənməməsinə isə artıq AFFA nəzarət etməlidi. Yoxsa,  futbolumuzda pul nə qədər artsa da, 20 il əvvəl də, bu gün də danışdığımız problemlərdən 20 il sonra da danışacağıq. Yerimizdə saya-saya...

AFFA-nın keçmiş rəhbərliyi həmişə uşaq futbolunun daha çox AGİN-ə və Təhsil Nazirliyinə aid olduğunu bəhanə edir, maliyyə yoxluğundan şikayətlənirdi.
İndi federasiya bəhanə və şikayətləri kənara qoyub vəziyyəti dəyişmək üçün aktiv fəaliyyətə keçməlidi.

Çünki, hələ ki, passiv görünən AFFA-nın yeni rəhbərliyindən gözləntilər böyükdür.

Son xəbərlər
“Sabah”ın U-18 komandasının ÇL-də növbəti sınağı
"Barselona" – "Atletiko" matçının hakimi cəzalandırıldı
Yamal “Barselona” rəhbərliyinə tələb irəli sürdü
Robertsonun “Liverpul”dan ayrılacağı rəsmiləşdi
“Gürcüstan yığması səhvlərimizi bağışlamadı”
“Olise əntiqədir, amma…”
Kukurelya “Barselona” ilə bağlı sözlərindən peşmandır
PSJ rusiyalı ulduzla maraqlanırmı?
Seneqallı məşqçinin evi soyuldu
Safonov Şevalye ilə münasibətini açıqladı
“Ruh düşkünlüyünə qapılmaq olmaz”
Günün oyunları – TV
“Çempionlar Liqasının 5 qənimətini bircə…” - Marselo
Jerar Martin “Atletiko”ya məğlubiyyəti şərh etdi
“Karvan-Yevlax” “Kəpəz”ə qarşı
Dörd oyuna üç darmadağın
“Frayburq”la “Aston Villa” 3 qolla qalib gəldi
“Rizəspor”dan darmadağın
Dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək
ACF Kuboku keçiriləcək
“Liverpul” “Monako”nun hücumçusu ilə maraqlanır
Cüdo texnikaları üzrə imtahan keçiriləcək
Federasiyada idmançılara yeni idman dərəcələri təqdim edildi
Yeniyetmələr arasında liqa yarışının ilk turu başlayır
MY Ştillerlə maraqlanır
“Gözlədiyimizdən də yaxşı mübarizə apardıq”
Azərbaycan yığması Gürcüstana uduzdu
Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı
“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır
“Quba”dan darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar