Sadiq Quliyevə 1 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 1-ci Liqanın 8-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zaqatala” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilib.
“Baku Sportinq” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.
“Baku Sportinq” – “Səbail” oyununun 90+4-cü dəqiqəsində “Səbail” komandasının 39 nömrəli futbolçusu Sadiq Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Səbail” komandası 150 manat cərimə edilib.
“Baku Sportinq” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” komandası 750 manat cərimə edilib.





























