AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

25 noyabr 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sports.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib. Dəyişikliyə əsasən, Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.

İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.

Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.

Son xəbərlər
“Qarabağ” “Napoli”yə qarşı - YENİLƏNİR
Azərbaycan millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlandı
Azərbaycan boksçusu doğum günündə AÇ-nin yarımfinalına vəsiqə qazandı
Səudiyyə Ərəbistanı nəhəngləri “qulaqlarını şəklədilər”
Yeniyetmələr arasında Liqa yarışına yekun vuruldu
UNEC-dən növbəti qələbə
MY müdafiəçisini icarəyə göndərə bilər
“Quba”da yeni basketbolçu
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
“Liverpul” rekord məbləğdə yeni transfer hazırlayır
UNEC-dən növbəti qələbə
“Qarabağ”ın gəncləri “Napoli”yə uduzdular
“Liverpul” “Bornmut”un hücumçusunu istəyir
MY Kazemiroya yeni müqavilə təklifi hazırlayır
“Qarabağ”ın U-19 komandasının "Napoli" ilə oyunu yarıda dayandırıldı
“Gəncə” voleybolçusu ilə müqavilə müddətini uzatdı
“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirilib
“Araz-Naxçıvan” üçün seminar keçirilib
“Atletiko” yarımmüdafiəçisini satmağa hazırdır
Bakıda UEFA A kursu keçirilir
“Xankəndi” və “Şəki Siti”dən darmadağın
Millimiz seçmə mərhələdə ilk oyununu keçirib
“Real” əsas ulduzlarından birii itirə bilər
AFFA nümayəndəsinə UEFA-dan təyinat
“Atletiko” “Kristal Pelas”ın hücumçusu ilə maraqlanır
Gəncə komandası çempionatdan kənarlaşdırıldı
“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı
Sadiq Quliyevə 1 oyunluq cəza
Emiliano Martines İtaliya A Seriyasına keçə bilər
Premyer Liqa klublarının cəzası açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar