Ölkə kubokunda 1/8 final mərhələsinə yekun vurulur

Bu gün Azərbaycan kubokunda 1/8 finala yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 3 oyun baş tutacaq.
“Qəbələ” “Şəfa”nı qəbul edəcək. “Araz-Naxçıvan” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Sumqayıt” da “Difai” ilə qarşılaşacaq.
Xatırladaq ki, daha öncə “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sabah” və “Qarabağ” 1/4 fnnala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr
“Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
“Liv Bona Dea Arena”, 19:00
“Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.





























