Saşa İliçə 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” komandası 3000 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şamaxı” komandası 2000 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun cəzalanıb, “Sumqayıt” komandası 10000 manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” komandası 500 manat cərimə edilib.





























