Azərbaycan futbolu
“Mingəçevir”ə 510 manatlıq cərimə

04.12.2025 | 15:30
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 1-ci liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.
“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 32 nömrəli futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” komandası 300 manat cərimə edilib.
Son xəbərlər





























