“Heyətin gücləndirilməsinə ehtiyac var, bunu hər kəs bilir” - Sxadadze

“Heyətin gücləndirilməsinə ehtiyac var, bunu hər kəs bilir” - Sxadadze

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şəfa”nı qəbul edib.

Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı “Şəfa”nın çox yaxşı komanda olduğunu bildirib:

“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Çox vacib idi ki, Azərbaycan kubokunda növbəti mərhələyə vəsiqə qazanaq. “Araz-Naxçıvan”la ağır oyundan sonra bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Şəfa” da çox yaxşı komandadır, birinci liqanın lideridir.

Bundan başqa, futbolçularımda da mental olaraq sanki bir arxayınlıq var idi ki, birinci liqa komandasına qarşı oynayırlar. Bir növ arxayınçılıq var idi. Amma bu kimi hallara yol vermək olmaz.

Buna baxmayaraq, oyunçularımı bir daha təbrik edirəm və çox şadam ki, növbəti mərhələyə keçdik.

“Şəfa” məğlub duruma düşdükdən sonra irəli atıldı. Arxada boşluqlar verirdi. Fürsətlərimiz oldu, yararlana bilmədik. Futbolçularıma da demişdim, arxayınlaşmaq olmaz. “Şəfa” güclü komandadır, indidən demək olar ki, Premyer Liqa səviyyəsindədir.

Nikbin yanaşırıq. Kubokda sona kimi mübarizəmizi davam etdirəcəyik.

Qışda heyətin gücləndirilməsinə ehtiyac var, bunu hər kəs bilir. Mən də bilirəm, rəhbərlik də bilir. Bu istiqamətdə çalışmalarımız davam edir”.

“Qəbələ” ölkə kubokunun növbəti mərhələsində “Sabah”la qarşılaşacaq.
 

Son xəbərlər
"Kəpəz" və "Sumqayıt" da 1/4 finala yüksəldi
Səudiyyə Ərəbistanı nəhəngləri Salahla bağlı vəziyyəti izləyirlər
“Roma” ondan əlini üzdü
Azərbaycan çempionatı öncəsi məşqçilərlə görüş keçirildi
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
Bellingem “köç”ə hazırlaşır?
5-ci turun daha 2 iki oyunu arxada qaldı
“Qəbələ” “Şəfa” səddini belə keçdi - VİDEO
“Abşeron Lions”dan növbəti qələbə
UWW Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirir
“Çelsi” “Arsenal”ın müdafiəçisindən əlini üzdü
AMADA Azərbaycan atletlərinə maarifləndirici seminar keçirib
Məhəmmədəli Aşurəliyev DÇ-yə qələbə ilə başladı
“Premyer Liqaya çıxsaq, yaxşı azərbaycanlı futbolçular transfer etməyə çalışacağıq”
“Heyətin gücləndirilməsinə ehtiyac var, bunu hər kəs bilir” - Sxadadze
Liderdən inamlı qələbə
“Bayern” müdafiəçisi ilə müqaviləsini yeniləməyə yaxındır
Merih Demiralla yeni müqavilə
Azərbaycan milliləri Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
Xankəndidə keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları bəlli oldu
Silvanın “Borussiya”dakı gələcəyi məlum oldu
Arveladze istefaya göndərildi
Azərbaycan Həndbol Federasiyasında yeni təyinat
“Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarıldı
Levandovski gələcəyi ilə bağlı “Barselona” rəhbərliyinə fikrini bildirdi
AFFA 4 komandaya texniki məğlubiyyət verdi
İmişli təmsilçisinin futbolçusu hakimi vurduğu üçün 14 oyunluq cəza aldı
Hakimi təhqir edən məşqçiyə 4 oyunluq cəza
“Real”ın Xabi Alonso ilə bağlı mövqeyi məlum oldu
2-ci liqa komandasının futbolçusuna 3 oyunluq cəza
DAHA ÇOX

Ən çox oxunanlar