“Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı”

“Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı”

“Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. Birinci hissə daha çox keyfiyyət xarakteri daşıyırdı”.

Sports.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın məşqçisi Elnur Çodarov Misli Premyer Liqasının 14-cü turunda “Karvan-Yevlax”la keçirilən görüşü şərh edərkən deyib.

Mütəxəssis Füzuli Məmmədovun yeni təyinatına diqqət çəkərək rəqibin iki oyununu analiz etdiklərini, "Qarabağ"a qarşı oyunla müqayisədə onlara qarşı tam fərqli mübarizə gördüklərini bildirib:

“Füzuli Məmmədov yeni təyin olunub. Onların iki oyununa baxıb analiz etmişdik. "Qarabağ"a qarşı bir cür, bizə qarşı isə tam fərqli çıxış edəcəklərini bilirdik. İkinci hissədə tempi artırdıq, ön xətdə aqressivliyi və intensivliyi yüksəltdik və istədiyimiz nəticəyə nail olduq.”

Məşqçi komandada debüt edən oyunçunu təbrik edib və matçın sonlarında meydanda 6 yerli futbolçunun olmasını xüsusi qeyd edib. Dieqo Balaunun növbəti baxımlı qoluna toxunan Çodarov, onun yenidən "ayın qolu"nu qazanacağına ümid etdiyini bildirib və qolun əvvəlkinə bənzədiyini deyib.

Sonda Yevlaxdakı süni örtüklü meydançanın vəziyyətinə toxunan mütəxəssis şərtləri belə izah edib:

“Meydançada oynamaq ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi. Amma yağış üzümüzə baxdı”.

Son xəbərlər
“Real” “Selta”ya evdə uduzdu
“Loryan”la “Anje”yə bir qol bəs etdi
“Yuventus” “Napoli”yə məğlub oldu
“Trabzonspor”dan səfər qələbəsi
“Kristal Pelas” səfərdə qələbə qazandı
“Borussiya”dan inamlı qələbə
“Barselona”nın hücumçusu İngiltərə klubunun təklifini rədd etdi
“Arsenal” oyunçusunu “Mançester Siti”yə buraxmadı
“Liverpul”da baş məşqçi dəyişikliyi baş verə bilər
Lautaro Martines “Komo” üzərində qələbəni şərh etdi
Azərbaycan çempionatı başa çatıb
“Məqsədim Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaqdır”
Lando Norris ilk dəfə Formula 1 üzrə dünya çempionu oldu
Azərbaycan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
“Qaradağ Lökbatan” səfərdə qələbə qazandı
“Neftçi” və “Zirə”nin əvəzedicilərindən qələbə
“Real”ın mərakeşli ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
“Qış fasiləsində mütləq güclənməliyik” – Füzuli Məmmədov
“Şamaxı”dan darmadağın - VİDEO
“Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı”
“Karvan-Yevlax” “Şamaxı”ya böyük hesabla uduzdu
Qehinin hansı kluba keçmək istədiyi məlum oldu
“Atletiko”nun hücumçusu A Seriyasına qayıda bilər
Millimiz beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazandı
“Real”ın qarşıdakı qış transfer pəncərəsinə planı məlum oldu
2-ci Liqada 12-ci turun təyinatları açıqlandı
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
“Barselona” Arauxoya əvəz gətirir
Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurdular
Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu oldu
DAHA ÇOX

Ən çox oxunanlar