“Qəbələ” “Turan Tovuz”a, “Sabah” “Neftçi”yə qarşı

Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Qəbələ” evdə “Turan Tovuz”la qarşılaşacaq. Görüşü Tural Qurbanov idarə edəcək.
“Sabah” isə bu turda işləri qaydasında olmayan “Neftçi” ilə üz-üzə gələcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” isə “Şamaxı”ya uduzub – 0:3. “Araz-Naxçıvan” – “Kəpəz” və “Sumqayıt” – “İmişli” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
14-cü tur
8 dekabr
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 17:00.
“Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 20:00.





























