“Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram” -Zubir

“Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram” -Zubir

“Qarabağ”ın kapitanı Abdullah Zubir komandasının Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı və turnirdə oynamaq məqsədinə şəxsən necə yaxınlaşması barədə fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan futbolçu komandasının inkişafından da bəhs edib:

“Qarabağ”a gələndə məqsədim Çempionlar Liqasında oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma Çempionlar Liqası tamamilə fərqlidir. Bu atmosferi, stadionları, azarkeşləri, ətrafda baş verən hər şeyi, xüsusən də, evdə oynadığımız zaman həvəs inanılmazdır. Son bir neçə ildə klubun peşəkarlığı bir çox sahədə artıb: qidalanma, məşq, eyni zamanda iş yükü baxımından. Klub çox dəyişib və bu gün bir neçə illik işdən sonra əldə edilən nəticələri görürük”.

Fransalı futbolçu uşaqlıqdan bəri bu məqsədə necə çatdığını da izah edib:

“Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi. Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: “Bir gün Çempionlar Liqasında oynayacam”. Axı, Çempionlar Liqası futbolun zirvəsidir. “Qarabağ”a gələndə isə şansımın olduğunu anladım. “Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram. Bu, unudulmaz təcrübədir, bunu heç vaxt unutmayacam. Bir dəfə atamla birlikdə “Lill” və “Mançester Yunayted” arasında Çempionlar Liqası matçını izləməyə getmişdim. İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir”.

Zubirin böyük qardaşı Muad da çox emosionaldır:

“Onun “Qarabağ”da gördüyü işlərlə fəxr edirəm. Ailəmizdən birinin dünyanın ən yaxşı turniri olan Çempionlar Liqasında oynaması hamımızı çox sevindirir”.
 

Son xəbərlər
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar