Azərbaycan futbolu
“Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı

08.12.2025 | 19:00
Misli Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb.
Sports.az PFL-ə istinadən xəbər verir ki, stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb.
Prosedur qaydalarına uyğun olaraq stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun bu gün davam etdirilməsinə imkan verməyib. Qarşılaşmanın nə vaxt keçiriləcəyi barədə əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında və sosial media hesablarında veriləcək.
Son xəbərlər





























