“Qarabağ” çox yaxşı komandadır” – “Ayaks”ın baş məşqçisi

“Qarabağ” çox yaxşı komandadır” – “Ayaks”ın baş məşqçisi

Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyunu ilə bağlı danışıb.

Sports.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında bunları deyib:

“Klubdakı insanlar bizə dəstək olur. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz buraya gəldiyi üçün xoşbəxtik. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Oyunçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir".

O, futbolçularına inandıqlarını vurğulayıb: "Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Bu matçda da futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq".

Mütəxəssis UEFA Çempionlar Liqasındakı əvvəlki matçlarda məğlub olduqlarını xatırladıb:

"Oyundan-oyuna dəyişikliklər olub. Hazırda danışmaq çətindir. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik".

"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Son xəbərlər
“Zirə” – “Sumqayıt” oyununun təyinatları açıqlandı
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
“Monako” yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu
Komitə sədri 22-ci turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
PSJ-nin yarımmüdafiəçisi Premyer Liqaya üz tuta bilər
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
“İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”
Nikolas Cekson Səudiyyə Ərəbistanına üz tuta bilər
Paraüzgüçülər Qubada təlim-məşq toplanışına start veriblər
Premyer Liqanın 23-cü turu rəqəmlərin gözü ilə
Milinkoviç-Saviç Avropa futboluna qayıda bilər
“Qaradağ Lökbatan”dan darmadağın
“Neftçi”nin əvəzediciləri “Zirə”yə qalib gəldi
MY “Ştutqart”ın yarımmüdafiəçisi ilə maraqlanır
Premyer Liqa klubunda yeni müqavilə
AFFA rəsmisinə UEFA-dan yeni təyinat
“Liverpul” Salahla vidalaşsa...
“Reytinq turnirində çempion olduğuma görə çox qürurluyam” – Babaşov
“Basketbol Hər Yerdə!” layihəsinə start verildi
Alleqri “Milan”dan ayrılacaq?
Şəkidə voleybolçu seçimi
AzVİF İcraiyyə Komitəsinin iclası keçirildi
Futbolçular Karrikin qalmasını istəyirlər
Millimizdən beynəlxalq turnirdə 2 qızıl və 3 gümüş medal
Millimizin oyununa hakim təyinatları açıqlandı
Vinisius qərarını verib
Tarixdə ilk cüt: Yenə XXII turda
Son 8 mövsümün rekordu
DAHA ÇOX

Ən çox oxunanlar