Millimizdən beynəlxalq turnirdə 2 qızıl və 3 gümüş medal

Millimizdən beynəlxalq turnirdə 2 qızıl və 3 gümüş medal

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə "Muhamet Malo" beynəlxalq turnirinə yekun vurulub.

Sports.az xəbər verir ki, reytinq xarakterli yarışın son günündə 55, 60, 72, 82, 97 və 130 kq çəki dərəcələrində mübarizə baş tutub və milli komandamızın üzvləri günü 1 qızıl, 2 gümüş medalla başa vurublar.

Yarışda 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov qırğızıstanlı Ulan Muratbek Uluya (5:1), qazaxıstanlı Arsen Jumaya (9:3) və hindistanlı Lalit Lalitə (6:5) qalib gələrək finala yüksəlsə də, həlledici görüşdə rusiyalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Emin Seferşayevə 1:3 hesabı ilə məğlub olaraq gümüş medal əldə edib.

60 kq-da Nihat Məmmədli amerikalı Maksvel Hopper Blek (8:0), qazaxıstanlı Yerbol Kamaliev (6:0) və rusiyalı Suner Konunova (3:1) qalib gələrək finala vəsiqə qazanıb. Eyni çəkidə Nihad Quluzadə qazaxıstanlı Akjol Tuyakov (8:2), türkmənistanlı Azatcan Açilov (10:0) və rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevə (8:0) qalib gələrək həlledici mərhələyə adlayıb. İki həmvətənimizin final qarşılaşmasında ilk xal prinsipinə əsasən qalib gələn Nihat Məmmədli qızıl, Nihad Quluzadə isə gümüş medal qazanıb.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Saurav Rana (9:0) və macarıstanlı Kristyan İştvan Vantsanı (5:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda iranlı Höccət Həsən Rəzaiyə (3:7), bürünc medal görüşündə isə gürcüstanlı Avropa mükafatçısı Yuri Lomadzeyə 4:7 hesabı ilə uduzub.

82 kq-da Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayevə (4:0) və qırğızıstanlı ikiqat olimpiya mükafatçısı, ikiqat dünya və üçqat Asiya çempionu Akjol Mahmudova (5:2) qalib gəlsə də, yarımfinalda rusiyalı Adlet Tulubayevə (1:6), bürünc medal görüşündə isə rusiyalı İrakli Kalandiyaya (1:11) məğlub olub.

97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Giorgi Meliaya sonuncu xal prinsipinə əsasən (2:2), Məhəmməd Əhmədiyev isə təsnifat mərhələsində rusiyalı Artur Sarqsyana 2:7 hesabı ilə uduzub. Məhəmməd ilk təsəlliverici görüşdə amerikalı Maykl Foya (6:2) qalib gəlsə də, növbəti mərhələdə qırğızıstanlı Uzur Cuzupbekova (2:8) məğlub olub.

130 kq-da Sərxan Məmmədov 1/8 finalda rusiyalı Ali İlyasova 1:3 hesabı ilə uduzub. Beka Kandelaki isə qazaxıstanlı Alimxan Sızdıkov və rusiyalı Ali İlyasovu 7:3 hesabı ilə üstələyib. Yarımfinalda rusiyalı Marat Kamparova ilk xal prinsipinə əsasən (1:1) uduzan Kandelaki, üçüncülük uğrunda görüşdə finlandiyalı Elias Kuosmanenə 0:3 hesabı ilə məğlub olub.

Beləliklə, millimiz cari ildə iştirak etdiyi ilk beynəlxalq yarışda ümumilikdə 2 qızıl və 3 gümüş medal qazanıb. Yekunda 128 xal toplayan yığmamız komanda hesabında 1-ci yeri tutub, Qazaxıstan (95) ikinci, İran (89) isə üçüncü olub.

Son xəbərlər
“Sabah” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
“Liv Bona Dea Arena”da yenilənmə işlərinə start verilib
“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
“Çempion olmaq istəyirdim” - Hacıyev
Cəlal oynadı, komandası evdə uduzdu
Dünya çempionatında 7 medal
DAHA ÇOX

Ən çox oxunanlar