Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sports.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

QEYD: İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 15-də keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Səttar Bəhlulzadə zalı”nda təşkil olunacaq tədbir saat 11:30-da başlayacaq.

Son xəbərlər
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
Bu gün 9-cu turun daha iki oyunu keçiriləcək
“Xabi Alonsoya yazığım gəlir” - Anri
Günün oyunları – TV
“Mançester Siti” “Bornmut”la razılığa gəldi
Benzema “Real”ın əsas fəsadını açıqladı
Erik Qarsiya “Barselona”nın kapitanı ola biləcəyini düşünürmü?
Evradan Amorim haqda açıqlama
Salah “Liverpul”un yeni ulduzundan narazıdır
Anri “Çelsi”nin əsas fəsadını açıqladı
“Real” Xabi Alonsonu qova bilər – şərt məlumdur
“Fənərbağça”dan Avropa Liqasında darmadağın
Konfrans Liqası: “Samsunspor” evdə uduzdu
“Bayern”un hücumçusu Bundesliqada noyabrın ən yaxşısı seçildi
“Barselona”da yeni müqavilə
AÇ: Azərbaycanın daha dörd boksçusu qalib gəldi
“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı
DAHA ÇOX

Ən çox oxunanlar