AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər

AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər

AFFA Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli və məşqçi-koordinator Sərxan Hüseynov Qərb regionunu təmsil edən Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər.

Sports.az xəbər verir ki, klubların lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək prosesi çərçivəsində reallaşan səfərin məqsədi akademiyalarda mövcud vəziyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma tələblərinə uyğunluğun yoxlanılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Görüşlər çərçivəsində məşqçi heyəti və tibbi personalın fəaliyyəti, infrastrukturun mövcud durumu və bütün yaş qruplarında məşq proseslərinin təşkili yerində araşdırılıb, təkmilləşmə üçün müvafiq tövsiyələr təqdim olunub. Akademiya rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə inkişaf modeli, daxili strukturun optimallaşdırılması və istedadlı futbolçuların hazırlanması üzrə prioritet istiqamətlər dəyərləndirilib. Tibbi, qapıçı və fiziki hazırlıq üzrə mütəxəssislərlə ayrıca görüşlər təşkil edilərək futbolçuların sağlamlıq göstəriciləri, peşəkar hazırlıq standartları və tətbiq olunan metodikalar təhlil olunub.

İnfrastruktur obyektlərinə baxış zamanı klubların mövcud potensialı qeydə alınıb, yeni inkişaf mərhələsinə keçid üçün cari imkanlar qiymətləndirilib. SMM və hüquq komandaları ilə aparılan müzakirələr isə sosial layihələrin gücləndirilməsi və ictimai fəaliyyətin effektivliyinin artırılmasına yönəlib.

Klubların rəy və təklifləri AFFA tərəfindən qeydiyyata alınıb.

Son xəbərlər
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
Bu gün 9-cu turun daha iki oyunu keçiriləcək
“Xabi Alonsoya yazığım gəlir” - Anri
Günün oyunları – TV
“Mançester Siti” “Bornmut”la razılığa gəldi
Benzema “Real”ın əsas fəsadını açıqladı
Erik Qarsiya “Barselona”nın kapitanı ola biləcəyini düşünürmü?
DAHA ÇOX

Ən çox oxunanlar