“Kəpəz” “Qəbələ” ilə, “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə

Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq. Yevlaxda keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Günün digər oyunu “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Daha öncə “Şamaxı” evdə “Zirə”yə qalib gəlib (2:1), “Turan Tovuz” isə “Sabah”a uduzub – 1:3. “İmişli” – “Karvan-Yevlax” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
15-ci tur
14 dekabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Yevlax şəhər stadionu, 14:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
“Azərsun Arena”, 17:30.





























