“Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır” - Sxadadze

“Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır” - Sxadadze

“Qəbələ” bu gün Misli Premyer Liqasının 15-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Sports.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı baş tutub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Belə qırmızı vərəqələri ancaq biz ala bilərdik. Qol da elə vuruldu ki, heç kim rəqibin oyunçusunun qarşısını ala bilmədi. Çox pis oynadıq.

Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır. Reallıqdan danışmalıyıq. 10 manatınız varsa, restorana getməyi düşünmürsüz. Hər halda, avrokuboklara getməyimizi gözləmirdiz.

Vəziyyət elədir ki, çempionatdakı iştirak ərizəsinə görə biz yalnız beş futbolçu gətirə bilərik. İbrahim Sanqareyə gəlincə, razıyam, çox səhvlər edir. Komandada rəqabət olmalıdır. Rəqabət olmadıqda, inkişafdan danışmaq olmaz. Hər kəsə hörmətlə yanaşırıq. Klub olaraq, qapıçı transferi üçün çalışırıq.

İntizamla bağlı heç bir hal olmadı. Sadəcə, futbolçumuz topa düzgün getmədi. Bu da futbolçu keyfiyyəti ilə bağlı məsələdir. İntizamla bağlı o halda olardı ki, oyunçu söyüş söysün.

Topla itkilər çox odu. Təkcə bizimlə yox, digər komandaların da oyunlarında da bunu görmüşdük. Amma o demək deyil ki, bu meydanda futbol oynamaq olmaz. Sadəcə, futbolçular özləri öyrəşməlidir.

Özümüz bilirik hansı mövqelərə oyunçu lazımdır. Bu, klubun daxili məsələsidir. Klub olaraq bunun üzərində çalışırıq.

Sona kimi mübarizə aparmalıyıq. Bəzi futbolçular ardıcıl iki qələbədən sonra oyuna köklənə bilməmişdilər. “Turan Tovuz”a qarşı da 23 dəqiqə yaxşı çıxış etmişdik. Düşünürəm ki, psixoloji olaraq buna hazır deyillər”.

Son xəbərlər
“Real”dan çətin qələbə
“Lans” liderliyini qorudu
“Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu
“Bayern” evdə xal itirdi
“Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü
“Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə
“Milan” “İnter”in keçmiş hücumçusunu satın ala bilər
Kapitanı “Borussiya”dan ayrıla bilər
“Qarabağ”dan darmadağın - VİDEO
“Barselona” misirli yeniyetmə ilə maraqlanır
Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
“Haqqımda nə qərar verilsə, normal qəbul edəcəyik” - Elmar Baxşıyev
“Tottenhem” Semenyo uğrunda mübarizəsini davam etdirir
Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb
Tahir Gözəl Əkbərlə görüşdü
Müdafiəçisi “Bayern”dən ayrılacaq
“Neftçi” turun son oyununda məğlub oldu
“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə
Daun sindromlu və autizmli uşaqlar Tovuz şəhər stadionunda qonaq olublar
Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb
“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu
“Tottenhem” icarəyə verdiyi müdafiəçisindən razıdır
“Kəpəz”ə bir qol bəs etdi - VİDEO
“Bu oyun 9 xala bərabər idi” - Azər Bağırov
“Renn”in müdafiəçisi Avropa nəhnglərinin diqqət mərkəzindədir
“Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır” - Sxadadze
Azərbaycan birinciliyi başa çatıb
“Bayern”in hücumçusu Avropa nəhənglərinin maraq dairəsində
Azərbaycan şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar
DAHA ÇOX

Ən çox oxunanlar