“Bu oyun 9 xala bərabər idi” - Azər Bağırov

“Kəpəz” bu gün Misli Premyer Liqasının 15-ci turunda “Qəbələ” ilə qarşılaşıb.
Sports.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçda 1:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub.
Bağırov maraqlı oyun alındığını bildirib:
“Maraqlı oyun alındı. Baxmayaraq ki, bir qol vuruldu. Amma rəqib də, biz də daim hücumdaydıq. Bu oyun, mən deyərdim ki, 9 xala bərabər idi, çünki rəqibimizdən uzaqlaşırıq, turnir cədvəli baxımından. Mənim üçün çətin oyun alındı.
Komandamız çoxlu yerli futbolçulardan ibarət olduğuna görə səhvlər var. Oyunçu meydanda çıxış edirsə, səhvlər olacaq. Biz gəldikdən sonra Ohorini fərqli-fərqli mövqelərdə oynadırıq. Düşünürəm ki, zaman-zaman özünü inkişaf etdirəcək.
Əslində, bu gün yaxşı oyunçulara daha çox ehtiyacımız var. Ehtiram bu gün yaxşı çıxış, etdi, oynadığı mövqedə daha effektli idi. Sadəcə, qolu çatışmır. Düşünürəm ki, o da olacaq”.





























