Azərbaycan futbolu
Tahir Gözəl Əkbərlə görüşdü

14.12.2025 | 20:20
“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.
Sports.az xəbər verir ki, “Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.
Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.
Son xəbərlər





























