“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov

“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov

"Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Amma Kadi kimi oyunçuların olması üstünlükdür".

Sports.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan” üzərində qazanılan qələbəni (5:1) şərh edərkən deyib. 

Mütəxəssis qələbənin vacib olduğunu, rəqibin topla yaxşı davranmasına baxmayaraq futbolçularının intizamlı oyun nümayiş etdirdiyini və yaxşı qollar vurduqlarını bildirib.

O, Marko Yankoviçin yoxluğunu rotasiya ilə izah edib: 

"Yankoviçə istirahət vermişdik. Əvvəlki matç son vaxtların ən sürətli oyunu idi, ona görə xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq".

Baş məşqçi növbəti turda qarşılaşacaqları "Sabah" barədə danışarkən rəqibin oyundan-oyuna daha təhlükəli olduğunu və yaxşı kollektiv formalaşdırdığını vurğulayıb:

"Açığı, bugünkü nəticələr “Sabah”ın oyun keyfiyyəti ilə birbaşa bağlıdır. Bu komanda oyundan-oyuna daha qabiliyyətli və daha təhlükəli təsir bağışlayır. Yaxşı kollektiv formalaşıb, oyun intizamı yüksək səviyyədədir. Qarşıda bizi çox ciddi rəqib gözləyir. Bu gün və sabah futbolçulara istirahət verəcəyik, çünki istər-istəməz yorğunluq özünü göstərir. Rəqibi hələ detallı şəkildə analiz etməmişik, lakin oyunlarını izləmişik. Xüsusilə “Neftçi” və “Turan Tovuz”la keçirdikləri görüşlərə baxmışıq".

Qurban Qurbanov zədəli Kadinin yoxluğunun komandaya təsiri və onun mövqeyindəki problemlərlə bağlı məsələyə isə belə aydınlıq gətirib:

"Bəlli məsələdir ki, Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynadanda digər sıxıntılarımız da olur. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur, amma Kadi kimi qabiliyyətli oyunçuların meydanda olması üstünlükdür. Futbolçularım sağ olsunlar, nəticə üçün əllərindən gələni edirlər".

Baş məşqçi son olaraq Qadın və Uşaq Sığınacağında "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla da görüşəcəyini bildirib.

Son xəbərlər
“Real”dan çətin qələbə
“Lans” liderliyini qorudu
“Yuventus”la “İnter” qalib gəlib, “Napoli” uduzdu
“Bayern” evdə xal itirdi
“Mançester Siti” qalib gəldi, “Tottenhem” darmadağına üzüldü
“Trabzonspor”la “Beşiktaş”dan məhsuldar heç-heçə
“Milan” “İnter”in keçmiş hücumçusunu satın ala bilər
Kapitanı “Borussiya”dan ayrıla bilər
“Qarabağ”dan darmadağın - VİDEO
“Barselona” misirli yeniyetmə ilə maraqlanır
Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
“Haqqımda nə qərar verilsə, normal qəbul edəcəyik” - Elmar Baxşıyev
“Tottenhem” Semenyo uğrunda mübarizəsini davam etdirir
Ayxan Abbasov Ağsuda yeniyetmə futbolçularla görüşüb
Tahir Gözəl Əkbərlə görüşdü
Müdafiəçisi “Bayern”dən ayrılacaq
“Neftçi” turun son oyununda məğlub oldu
“Qarabağ”dan darmadağın, “Kəpəz”dən çətin qələbə
Daun sindromlu və autizmli uşaqlar Tovuz şəhər stadionunda qonaq olublar
Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb
“Sabah”ın əvəzediciləri “Zirə”yə məğlub oldu
“Tottenhem” icarəyə verdiyi müdafiəçisindən razıdır
“Kəpəz”ə bir qol bəs etdi - VİDEO
“Bu oyun 9 xala bərabər idi” - Azər Bağırov
“Renn”in müdafiəçisi Avropa nəhnglərinin diqqət mərkəzindədir
“Məqsədimiz ilk gündən Premyer Liqada qalmaqdır” - Sxadadze
Azərbaycan birinciliyi başa çatıb
“Bayern”in hücumçusu Avropa nəhənglərinin maraq dairəsində
Azərbaycan şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar
DAHA ÇOX

Ən çox oxunanlar