“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq” - Qurbanov

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq” - Qurbanov

“Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq”.

Sports.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Komanda.az saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışına münasibət bildirib:

"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər, futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı səviyyədə idi. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə, çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq".

O, azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:

"İstərdik ki, bizə güvənəsiniz. Tənqidləri qəbul edirik. Düşünürəm ki, belə tənqidlər bizim xeyrimizədir. Bilirik ki, daha böyük komandalarla oynayacağıq. Ama layiqli mübarizə aparmağa çalışacağıq. Biz yıxılarıq, durarıq, amma sınmarıq. Qarabağ işğal altında olanda düşmənlər stadionlarımıza girdilər. Amma bilmirdilər ki, onları nə gözləyir. Cəsarətimizi artırmışıq və çətin oyunlarda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Bu, vacib amillərdən biridir. Belə mübarizə olmasa, istənilən səviyyəyə çata bilmərik. Mən insanlardan neqativ heç nə görməmişəm. Neqativ düşünə də bilmərəm. Məğlub olsaq da, həvəsdən düşmürük və daha yaxşısını etməyə çalışırıq".

Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar