“Qələbəyə daha çox layiq idik”

“Qələbəyə daha çox layiq idik”

“İmişli” Misli Premyer Liqasının 15-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Sports.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında nəticənin istədikləri kimi olmadığını bildirib:

“Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf “İmişli” idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq.

İkinci hissədə də komandam istəkli idi. Hücumlar qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil”.
 

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar