“Mən sehrbaz deyiləm” - Vernidub

“Mən sehrbaz deyiləm” - Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyun haqda danışıb.

Sports.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

“65-70 dəqiqə ərzində meydanda əsl futbol oynanıldı və “Neftçi” komandası yaxşı çıxış etdi. “Neftçi”nin 3 qol vurma şansı var idi. 

Son 20 dəqiqəni çox çətinliklə, yorğun halda oynadılar. Heç görmək istəmədiyim futbolu gördüm. Etiraf etməliyəm ki, fiziki güc yetərli deyil. Amma bunu yaxşı mənada dəyişmək olar. Yanvar ayında toplanışa gedəcəyik və komandanı daha yaxşı hala gətirmək şansımız olacaq. Yaxşı komandadır, oyunçular və sürətləri yaxşıdır. Bunlardan bəzi şeylər düzəldilməlidir ki, fiziki güc və disiplin artırılmalıdır. Uzun məşqçi təcrübəmə istinadən demək istəyirəm ki, bu komanda yaxşılaşdırıla bilər. Mən bu komandanı “Dinamo” ilə müqayisə edirəm. “Neftçi” Azərbaycan brendidir. 

Bilirəm ki, çox çətindir, böyük hədəf qoymuşuq. Oyunçular bu günki ilk 60-65-ci dəqiqədəki kimi oynasalar, hər şey daha yaxşı oynasalar. Avropaya qədər yüksələcəyimizə inanıram. İnanmasam, bura gəlməzdim. 

Komandaya baxıram ki, pis oyunçular deyil, lakin keyfiyyət istəyiriksə, fiziki gücü artırmalıyıq, daha da üstünə qoymalıyıq. Bu hədəf kimi klub rəhbərliyinin də önünə qoyulacaq. 

Vaxt da azdır, lakin ən azından artıq futbolçuları tanıyıram. Hər bir futbolçu ilə danışmağın lazım olduğunu düşünürəm. Daha çox taktiki məşğələlər etmək lazımdır. 

“Sumqayıt”ın futbolçuları çox yaxşı pressinq etdilər, lakin daha sonra səhvlər etdilər. Buna görə bizdə də yaxşı epizodlar yarandı. 

Mən sehrbaz deyiləm ki, bir anda hər şeyi dəyişim. Lakin nəyin üstündə necə işləmək lazım olduğunu bilirəm. İndidən oyunçuları xəbərdar edirəm ki, üstündə işləməli olduğumuz çox iş var. Tək mənə məşqçi kimi yox, onlara da futbolçu kimi çox ehtiyac olacaq. Onlar bunu anlamalı və qəbul etməlidirlər. 

Mən belə başa düşürəm ki, udanda da, uduzanda da bunu komanda üzvləri edir. Mən bir baş məşqçi kimi bütün yükü öz üzərimə götürməyə hazıram, təki onlar yaxşı çıxış etsinlər”.

Son xəbərlər
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
“Milan”da yeni müqavilə
Azərbaycanın 4 boksçusu AÇ-nin finalında
Azərbaycanın tanınmış güləşçiləri Qarabağ Universitetində olublar
“Arsenal” yeni qapıçı gözaltı etdi
Azərbaycanın tanınmış güləş simaları Qarabağ və Şərqi Zəngəzurda məktəblilərlə görüşüblər
“Neftçi” – “Sumqayıt” matçında 4 qol – VİDEO
İngiltərənin iki nəhəngi “İnter”in müdafiəçisi ilə maraqlanır
“Mən sehrbaz deyiləm” - Vernidub
“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
Yarımmüdafiəçisi və hücumçusu ilə bağlı qərarı məhz MY verəcək
“Kür-Araz”dan darmadağın
“Tottenhem” “Brentford”un hücumçusunu satın almaq istəyir
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri məğlub oldu
Azərbaycanın cüdo milliləri üçün seminar
Qubada hərəyə 1 qol, 1 xal - VİDEO
Turun açılış matçında “Azərreyl” qələbə qazandı
“Milan” “Arsenal”ın hücumçusu ilə güclənə bilər
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə güclənə bilər
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
“ABB-Qarabağ” kobrend kartı buraxılır
“Qələbəyə daha çox layiq idik”
MS üç oyunçusu ilə yollarını ayırmağa hazırdır
“Qələbə üçün gəlmişdik” – Füzuli Məmmədov
II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Benzema doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar