Azərbaycan futbolu
450-ci: Əhmədzadənin 100-cü oyunu

16.12.2025 | 12:00
Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.
Sports.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib.
25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.
O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.
Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.
Son xəbərlər





























