“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

Sports.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.

Misli Premyer Liqasının 16-cı turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.

"Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.

Son xəbərlər
İspan yarımmüdafiəçi 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçildi
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisi açıqlandı
“Mançester Siti”də ciddi itki
“Ferents Puşkaş" mükafatına layiq görülən qol açıqlandı
“Bu titulun rəsmən Bakıya təhvil verilməsi böyük hadisədir” - Nazir
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
“Xankəndi” 3 xalı 6 qolla qazandı
“Neftçi”nin əvəzedicilərindən darmadağın
Yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
"Neftçi"nin futbolçusu ölkəsinin yığmasına çağırıldı
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
Premyer Liqa klubları cərimələndi
“Azərreyl”dən qələbə
Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
ACF-in iki sosial layihəsi beynəlxalq mükafata namizəddir
“Arsenal”da ciddi itki
Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis
450-ci: Əhmədzadənin 100-cü oyunu
Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb
“Bornmut” “Mançester Yunayted”in qəniminə çevrilib
Babək Quliyev UEFA-dan yeni təyinat
Yüksək Liqada 7-ci tura start veriləcək
“Sabah” Berlində “Alba”ya qarşı
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
“Mançester Yunayted” 4 qol vurdu, 1 xal qazandı
Son oyunda heç-heçə
“Roma”ya bir qol bəs etdi
“Fənərbağça”dan darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar