“Lisenziyalaşdırmanın düzgün tətbiqi futbolun inkişafına müsbət təsir göstərəcək”

“Lisenziyalaşdırmanın düzgün tətbiqi futbolun inkişafına müsbət təsir göstərəcək”

“Lisenziyalaşdırma sisteminin düzgün tətbiqi Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək”.

Sports.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf klubların lisenziyalaşdırılması ilə bağlı qurumun açıqladığı hesabat barədə bildirib.

O, bu prosesin futbolun və klubların inkişafında müsbət rol oynayacağını vurğulayıb:

"UEFA-nın hər bir üzv assosiasiyası 2004-2005-ci il mövsümündən etibarən UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyalaşdırma sisteminin tətbiq olunmasına başlayıb və bu proses klubların fəaliyyətində mühüm rol oynayır. Lisenziyalaşdırma sistemi UEFA yarışlarında iştirak edən klublar qarşısında eyni tələbləri qoyur, tətbiqdə bərabərlik və bitərəfliyi təmin edir. Digər assosiasiyalarda olduğu kimi, lisenziyalaşdırma prosesi Azərbaycan klub futbolunun inkişafında da xüsusi rola malikdir. Lisenziyalaşdırma prosesi lisenziya əldə etmək üçün müraciət edən klubların nəzdində uşaq-gənclər komandasının sayının artırılmasında, infrastruktur səviyyəsinin, əməkdaşların və məşqçilərin ixtisaslarının yüksəldilməsində, həmçinin maliyyə məsələlərində müəyyən stabillik və davamlılığın təmin olunmasına dəstək olur. Klublar üçün lisenziyalaşdırma prosesi ən vacib amillərdəndir.

Klublar bu məsələ ilə bağlı öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmalı və nəzərə alınmalıdır ki, lisenziyalaşdırma prosesi klubların inkişafında və stabil fəaliyyətində xüsusi rola malikdir. Görülən işləri yüksək qiymətləndirməklə bildirmək istərdim ki, lisenziyalaşdırma sisteminin düzgün tətbiq olunması futbolumuzun inkişafına müsbət təsir göstərəcək".

Son xəbərlər
Yüksək Liqada 7-ci turun daha bir matçı keçiriləcək
Bu gün 10-cu tura start veriləcək
“Borussiya”nın hücumçusu “Betis”ə keçmək üzrədir
Ake La Liqaya yollana bilər
Arauxonun sıraya qayıda biləcəyi tarix açıqlandı
İraola Mançesterə üz tuta bilər
“Sabah” “Qarabağ”la üz-üzə
PSJ Qitələrarası kubokun sahibi oldu
Turun sonuncu oyunu yarıda dayandırıldı
“Kristal Pelas” kapitanını heyətdə saxlamaq üçün tədbir gördü
MS “Mançester Yunayted”in yarımmüdafiəçisini hədəfə aldı
Xavi “Tottenhem” qarşısında şərt qoydu
“İnter Mayami”dən Luis Suareslə yeni müqavilə
“Konate əla müdafiəçidir” – Van Deyk
“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
Dünya çempionatının rekord mükafat fondu açıqlandı
“Neftçi” “Şəki” üzərində qələbə qazandı
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
AFFA prezidenti FIFA-nın Sessiyasında iştirak edir
“Milan” Loftus-Çiklə bağlı qərar qəbul etdi
“Naxçıvan”da yeni basketbolçu
“Dinamo”nun yeni baş məşqçisi bilindi
“Baku Sportinq”lə MOİK-dən səfər qələbəsi
Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi
Təxirə salınmış oyunun hakim təyinatları açıqlandı
Motta “batan” komandanı çalışdırmaqdan imtina etdi
AGF nümayəndələri Füzuli güləş zalında olub
Lisenziya almış futbol klublarının sayı açıqlandı
“Milan” qapıçısı ilə bağlı qərar verdi
Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar