Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi

Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi

FİFA dünən Qətərin paytaxtı Dohada 2024/2025-ci illər mövsümü üzrə dünya futbolunun ən yaxşılarının adlarını açıqlayıb.

Sports.az xəbər verir ki, ilin ən yaxşı kişi baş məşqçisi Luis Enrike, futbolçusu Osman Dembele, qapıçısı isə Canluici Donnarumma seçilib.

Ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanlarının iştirak etdiyi etdiyi səsvermədə Azərbaycan Ayxan Abbasov və Emin Mahmudovla təmsil olunub.

Ayxan Abbasov ən yaxşı futbolçu üçün səsvermədə Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer) və Məhəmməd Salaha (3-cü yer) səs verib.

Emin Mahmudovun seçimi isə belə olub: Kilian Mbappe (1-ci yer), Osman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer).

Ayxan Abbasov ilin məşqçisi kimi ilk yerə PSJ-nin baş məşqçisini layiq görüb: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer).

Emin Mahmudovun seçimi isə belədir: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer).

Qapıçı seçiminə gəlincə, Ayxan Abbasovun ilk üçlüyü belədir: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer).

Emin Mahmudov da Ayxan Abbasov kimi Donnarummanı ilk yerə layiq görüb: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer).

Son xəbərlər
Yüksək Liqada 7-ci turun daha bir matçı keçiriləcək
Bu gün 10-cu tura start veriləcək
“Borussiya”nın hücumçusu “Betis”ə keçmək üzrədir
Ake La Liqaya yollana bilər
Arauxonun sıraya qayıda biləcəyi tarix açıqlandı
İraola Mançesterə üz tuta bilər
“Sabah” “Qarabağ”la üz-üzə
PSJ Qitələrarası kubokun sahibi oldu
Turun sonuncu oyunu yarıda dayandırıldı
“Kristal Pelas” kapitanını heyətdə saxlamaq üçün tədbir gördü
MS “Mançester Yunayted”in yarımmüdafiəçisini hədəfə aldı
Xavi “Tottenhem” qarşısında şərt qoydu
“İnter Mayami”dən Luis Suareslə yeni müqavilə
“Konate əla müdafiəçidir” – Van Deyk
“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşdi
Dünya çempionatının rekord mükafat fondu açıqlandı
“Neftçi” “Şəki” üzərində qələbə qazandı
Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
AFFA prezidenti FIFA-nın Sessiyasında iştirak edir
“Milan” Loftus-Çiklə bağlı qərar qəbul etdi
“Naxçıvan”da yeni basketbolçu
“Dinamo”nun yeni baş məşqçisi bilindi
“Baku Sportinq”lə MOİK-dən səfər qələbəsi
Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi
Təxirə salınmış oyunun hakim təyinatları açıqlandı
Motta “batan” komandanı çalışdırmaqdan imtina etdi
AGF nümayəndələri Füzuli güləş zalında olub
Lisenziya almış futbol klublarının sayı açıqlandı
“Milan” qapıçısı ilə bağlı qərar verdi
Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar