Azərbaycan futbolu
“Kəpəz” “Turan Tovuz”a qarşı

19.12.2025 | 08:00
Bu gün Misli Premyer Liqasında 16-cı tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
2025-ci ilin sonuncu turunun açılış oyununda “Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq. Qərb təmsilçiləri Yevlaxda üz-üzə gələcəklər.
“Karvan” – “Neftçi” və “Zirə” – “İmişli” oyunları 20 dekabrda, “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” görüşləri 21 dekabrda, “Sumqayıt” – “Sabah” matçı isə 22 dekabrda keçiriləcək.
Misli Premyer Liqası
16-cı tur
19 dekabr
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Yevlax şəhər stadionu, 14:00.
Son xəbərlər





























