“Kəpəz” “Turan Tovuz”a məğlub oldu

Bu gün Misli Premyer Liqasında 16-cı tura start verilib.
Sports.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
2025-ci ilin sonuncu turunun açılış oyununda “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Qərb təmsilçiləri Yevlaxda üz-üzə gəliblər. Qarşılaşma Tovuz təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.
“Karvan” – “Neftçi” və “Zirə” – “İmişli” oyunları 20 dekabrda, “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” görüşləri 21 dekabrda, “Sumqayıt” – “Sabah” matçı isə 22 dekabrda keçiriləcək.
Misli Premyer Liqası
16-cı tur
19 dekabr
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Alexandro Serrano, 7. Joarlem Santos, 47.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Yevlax şəhər stadionu, 14:00.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıqov, 10. Xəyal Nəcəfov, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 60. Vüqar Bağırov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.





























