Şəki klubuna texniki məğlubiyyət verildi

Şəki klubuna texniki məğlubiyyət verildi

2-ci Liqada çıxış edən "Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.

Sports.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Bölgə təmsilçisinə XIII turda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1000 manat cərimələnib.

“Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyununun 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının 23 nömrəli futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəmkir” komandası 50 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyununun 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 600 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Şəmkir” komandası 1000 manat cərimə edilib.

“Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Şəmkir” komandası 1000 manat cərimə edilib.

“Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.

Son xəbərlər
“Turan Tovuz”dan ilin son matçında inamlı qələbə - VİDEO
MY Kobbi Meynunu bircə şərtlə sata bilər
“Arsenal” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlar aparır
“Qarabağ”ın qapıçısı 4-6 aylıq sıradan çıxıb
FIFA referilərimizin sayı artdı
“Oyuna yaxşı hazırlaşmışdıq, amma…” - Bağırov
“Nəinki Azərbaycan, Rusiya mətbuatını da izləmirəm” - Berdıyev
“Kəpəz” “Turan Tovuz”a məğlub oldu
Daha 7 komandaya texniki məğlubiyyət verildi
AHF rəsmisi IHF-nin Konqresinə qatılacaq
“İnter” “Dinamo”nun müdafiəçisinə göz dikib
Şəki klubuna texniki məğlubiyyət verildi
“Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzalar açıqlandı
Argentina nəhəngi “Roma”nın aparıcı oyunçusu ilə maraqlanır
Tanınmış məşqçi vəfat edib
Azərbaycan UEFA reytinqində gerilədi
MY “Yuventus”un ulduzunun xidmətində maraqlıdır
AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti yüksək qiymətləndirilib
“Quba” “Naxçıvan”a, “Ordu” “Lənkəran”a qarşı
“Kristal Pelas”ın Uçe ilə bağlı mövqeyi məlum oldu
Yüksək Liqada bu gün daha bir oyun keçiriləcək
Günün oyunları – TV
“Barselona” baş məşqçisi ilə danışıqlar aparır
“Real”ın oyunçusu klubu tərk etmək istəyir
“Atletiko” Raşford uğrunda mübarizəyə qoşuldu
Levandovski “İnter Mayami”yə keçəsi olmadı
Premyer Liqanın 16-cı turu rəqəmlərin gözü ilə
“Tottenhem” Rayan uğrunda mübarizəyə qoşuldu
“Kəpəz” “Turan Tovuz”a qarşı
“Samsunspor” “Maynts”a uduzsa da, pley-offa yüksəldi
DAHA ÇOX

Ən çox oxunanlar