FIFA referilərimizin sayı artdı

FIFA referilərimizin sayı artdı

FIFA referilərimizin sayı artıb

2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı FIFA tərəfindən təsdiqlənib.

Sports.az xəbər verir ki, əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub. Bu fakt Azərbaycan hakimliyinin inkişafının və görülən sistemli işlərin bariz göstəricisidir.

FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir:

 

Referilər:

Kişilər:

  1. Əliyar Ağayev
  2. Elçin Məsiyev
  3. Kamal Umudlu
  4. Tural Qurbanov (yeni)

 

Qadınlar:

  1. Fəridə Lütfəliyeva

 

Referi köməkçiləri:

  1. Zeynal Zeynalov
  2. Akif Əmirəli
  3. Elşad Abdullayev
  4. Pərvin Talıbov
  5. Namiq Hüseynov
  6. Vüsal Məmmədov
  7. Cəmil Qulliyev (yeni)
  8. Asiman Əzizli (yeni)

 

Qadınlar:

  1. Gülnurə Əkbərzadə
  2. Sevda Nurıyeva

 

VAR hakimləri:

  1. Nicat İsmayıllı (yeni)
  2. İnqilab Məmmədov (yeni)
  3. Fərid Hacıyev (yeni)

 

Futzal üzrə referilər:

  1. Hikmət Qafarlı
  2. Knyaz Əmiraslanov
  3. Əli Cəbrayılov

 

Çimərlik futbolu üzrə referi:

  1. Nail Nağıyev

 

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Messi “Barselona”ya qayıda bilər
Liderə bir qol bəs etdi
“Turan Tovuz”dan ilin son matçında inamlı qələbə - VİDEO
MY Kobbi Meynunu bircə şərtlə sata bilər
“Arsenal” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlar aparır
“Qarabağ”ın qapıçısı 4-6 aylıq sıradan çıxıb
FIFA referilərimizin sayı artdı
“Oyuna yaxşı hazırlaşmışdıq, amma…” - Bağırov
“Nəinki Azərbaycan, Rusiya mətbuatını da izləmirəm” - Berdıyev
“Kəpəz” “Turan Tovuz”a məğlub oldu
Daha 7 komandaya texniki məğlubiyyət verildi
AHF rəsmisi IHF-nin Konqresinə qatılacaq
“İnter” “Dinamo”nun müdafiəçisinə göz dikib
Şəki klubuna texniki məğlubiyyət verildi
“Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzalar açıqlandı
Argentina nəhəngi “Roma”nın aparıcı oyunçusu ilə maraqlanır
Tanınmış məşqçi vəfat edib
Azərbaycan UEFA reytinqində gerilədi
MY “Yuventus”un ulduzunun xidmətində maraqlıdır
AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti yüksək qiymətləndirilib
“Quba” “Naxçıvan”a, “Ordu” “Lənkəran”a qarşı
“Kristal Pelas”ın Uçe ilə bağlı mövqeyi məlum oldu
Yüksək Liqada bu gün daha bir oyun keçiriləcək
Günün oyunları – TV
“Barselona” baş məşqçisi ilə danışıqlar aparır
“Real”ın oyunçusu klubu tərk etmək istəyir
“Atletiko” Raşford uğrunda mübarizəyə qoşuldu
Levandovski “İnter Mayami”yə keçəsi olmadı
Premyer Liqanın 16-cı turu rəqəmlərin gözü ilə
“Tottenhem” Rayan uğrunda mübarizəyə qoşuldu
DAHA ÇOX

Ən çox oxunanlar