Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü

Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın amputant futbolu üzrə milli komandasının üzvlərini qəbul edib.

Sports.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Görüşdə ANAMA-nın müşaviri Fikrət Vəliyev, AFFA-nın şöbə rəisi Nəriman Axundov, amputant futbolu yığmasının rəhbəri Elnur Sadıqov, baş məşqçisi Rövşən Quliyev, məşqçilər və komanda üzvləri iştirak ediblər.

Görüş zamanı S.Əliyeva bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və bərabər imkanlarla təmin olunması Konstitusiyadan irəli gələn fundamental prinsiplərə əsaslanır və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

O, Ombudsman təsisatının mina qurbanlarının hüquqlarının müdafiəsi, onların reabilitasiyası və sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Qeyd edilib ki, amputant idmançıların əksəriyyəti Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də postmünaqişə dövründə davam edən mina terroru nəticəsində sağlamlıqlarını itirən şəxslərdir.

Daha sonra Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına və bərabər imkanların təşviqinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

Son xəbərlər
“Ordu” “Lənkəran”a qalib gəldi
“Borussiya”nın hücumçusu İngiltərə nəhənginə qoşula bilər
PSJ-nin qapıçısı sıradan çıxdı
Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşdi
“Borussiya” “Real”ın gənc müdafiəçisi ilə maraqlanır
Çexiya millisində yeni baş məşqçi
Ombudsman amputant futbolu üzrə millinin üzvləri ilə görüşdü
“Naxçıvan” “Quba” üzərində qələbə qazandı
Mbappe iki şirkətin hədəfindədir
Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
“Turan”dan asan qələbə
“Qarabağ” şagirdləri qonaq etdi
Messi “Barselona”ya qayıda bilər
Liderə bir qol bəs etdi
“Turan Tovuz”dan ilin son matçında inamlı qələbə - VİDEO
MY Kobbi Meynunu bircə şərtlə sata bilər
“Arsenal” müdafiəçisi ilə yeni müqaviləyə dair danışıqlar aparır
“Qarabağ”ın qapıçısı 4-6 aylıq sıradan çıxıb
FIFA referilərimizin sayı artdı
“Oyuna yaxşı hazırlaşmışdıq, amma…” - Bağırov
“Nəinki Azərbaycan, Rusiya mətbuatını da izləmirəm” - Berdıyev
“Kəpəz” “Turan Tovuz”a məğlub oldu
Daha 7 komandaya texniki məğlubiyyət verildi
AHF rəsmisi IHF-nin Konqresinə qatılacaq
“İnter” “Dinamo”nun müdafiəçisinə göz dikib
Şəki klubuna texniki məğlubiyyət verildi
“Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzalar açıqlandı
Argentina nəhəngi “Roma”nın aparıcı oyunçusu ilə maraqlanır
Tanınmış məşqçi vəfat edib
Azərbaycan UEFA reytinqində gerilədi
DAHA ÇOX

Ən çox oxunanlar