36 penalti, 29 qol

36 penalti, 29 qol

Misli Premyer Liqasının baş tutan 16 turunun 95 matçında 36 penalti təyin olunub.

Sports.az PFL-ə istinadən xəbər verir ki, orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.

Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.

Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.

Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurub. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.

“İmişli” də üç penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə”  – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan-Yevlax”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).

12 klubdan 11-i penalti ilə cəzalanıb. Yalnız “Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib: “Araz-Naxçıvan” – 7 (1-i qeyri-dəqiq), “Karvan-Yevlax” – 6, “Qarabağ” – 5 (2), “Neftçi” – 3, “Qəbələ”, “Turan Tovuz” – 3 (1), “Kəpəz”, “Şamaxı”, “İmişli” – 2, “Zirə” – 2 (1), “Sumqayıt” – 1 (1).

36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. “Sumqayıt”ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov (“Qarabağ”) 4, Emin Mahmudov (“Neftçi”) və Ruan Renato (“Zirə”) 3 dəfə penaltini qola çevirib.

Son xəbərlər
“Arsenal”da ciddi itki
“Arsenal”dan darmadağın
101 debüt
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
“Benfika”nın müdafiəçisi “Barselona”ya keçməyəcək
Florentino Peres PSJ-nin ulduzu haqda xəyalından dönmür
36 penalti, 29 qol
“Atletiko”nun hücumçusu klubdan ayrılmaq niyyətindədir
Kroos birlikdə çıxış etdiyi ən yaxşı futbolçu ilə bağlı sualı cavabladı
DÇ-də ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
Halk klubunu dəyişməyə yaxındır
Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusunun adı bilindi
“Qarabağ”ın rəqibi məşqçisi ilə yolları ayırdı
“Real” “Borussiya”nın müdafiəçisini istəyir
Yamaldan rekord göstərici
AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb
Portuqal yarımmüdafiəçi “Real”a can atır
Ter Ştegen “Barselona”dan getmək istəmir
Ən bahalı 9 qapıçı
“Barselona”nın qapıçısı “Jirona”ya keçə bilər
FİFA prezidentindən yeni ofsayd qaydası haqda açıqlama
Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”
“Yuventus”un hücumçusu İspaniya La Liqasına keçə bilər
Pyaniç karyerasını bitirdi
“Neftçi” Qazaxıstan klubu ilə qarşılaşa bilər
“Real”ın transfer hədəfinə iddiaçılar var
“Barselona”nın futbolçusu əməliyyat olundu
La Liqada ilin rəmzi komandası bəlli oldu
“Liverpul” “Kristal Pelas”ın müdafiəçini hədəfə aldı
DAHA ÇOX

Ən çox oxunanlar