AFFA-da iki komandanın şikayətinə baxıldı

AFFA-da iki komandanın şikayətinə baxıldı

AFFA Apellyasiya Arbitraj Tribunalı Region Liqasında mübarizə aparan iki komandanın şikayətinə baxıb.

Sports.az AFFA-ya istinadən xəbər verir ki, “Xıdırlı”nın şikayəti qismən təmin edilib, “Qobu”nun cəzası qüvvədə saxlanılıb.

“Xıdırlı” Futbol Klubunun (Region Liqası) “Xıdırlı” FK – “Viləş” PFK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:

1. “Xıdırlı” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən “Xıdırlı” FK – “Viləş” PFK oyununun 45+1-ci dəqiqəsində “Xıdırlı” komandasının 8 nömrəli futbolçusu Rəsul Hacıyev rəqibə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılması və həmin oyunun 45+1-ci dəqiqəsində “Xıdırlı” komandasının azarkeşlərinin meydançaya daxil olub rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə “Xıdırlı” komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Xıdırlı” Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən “Xıdırlı” FK – “Viləş” PFK oyununda azarkeşlər meydana daxil olaraq rəqib oyunçulara fiziki təzyiq göstərdiyi, nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə oyun yarımçıq dayandırıldığı üçün “Xıdırlı” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 21 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.

4. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən “Xıdırlı” FK – “Viləş” PFK arasında olan oyunun ikinci hissəsi yenidən və neytral stadionda keçirilsin.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Qobu” Peşəkar Futbol Klubunun (Region Liqası) “Crystal” FC – “Qobu” PFK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:

1. “Qobu” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən “Crystal” FC – “Qobu” PFK oyunu bitdikdən sonra “Qobu” PFK komandasının heyətində 10 nömrəli futbolçu Emin Əlicanov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna), eyni zamanda hakimlərə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 10 (on) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 4 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Son xəbərlər
“Selta”ya bir qol bəs etdi
“Yuventus”dan darmadağın
Azərbaycan çempionatının ən yaxşı hakimi müəyyənləşdi
“Hazırladığımız proqramlar vasitəsilə güləşin keyfiyyəti daha da yüksələcək”
“Liverpul” “Real”ın ulduzu müqabilində nəhəng ödənişə hazırdır
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşdü
“Abşeron”la “Gənclər” üçün uğursuz tur
“Qəbələ”nin layiq olduğu yerə qayıdacağına inanıram”
Cob Bellingem İspaniya La Liqasına keçə bilər
“Real” Xabi Alonsonu istefaya göndərdi
“Hazırlıq pis getmir, futbolçular istəklidirlər” - Qurbanov
“Fərdi səhvlər komandaya baha başa gəlir” - Saşa İliç
“Yuventus” “Barselona”nın transfer hədəfini əldə etməyə çalışır
AFFA-da iki komandanın şikayətinə baxıldı
Nkunku “Milan”ı tərk etmək niyyətində deyil
“Sonuncu pillədən qurtulmağı bacaracağıq”
"Qarabağ" yoxlama oyununda "Neftçi"yə qalib gəldi
“Zirə”dən ilk yoxlama oyununda Rumıniya təmsilçisi ilə məhsuldar heç-heçə
“Sumqayıt” ikinci yoxlama oyununda da böyük hesabla uduzdu
“Latsio” “Ferentsvaroş”un yarımmüdafiəçisi ilə maraqlanır
1-ci Liqa təmsilçisi əcnəbi hücumçu ilə gücləndi
“Neftçi”nin Misir klubu ilə oyununun vaxtı və yeri açıqlandı
Luis Enrike İngiltərə Premyer Liqasına yollana bilər
Afrika Futbol Konfederasiyası araşdırmaya başlayıb
“Araz-Naxçıvan”ın üzvləri 1 saylı Uşaq evini ziyarət ediblər
Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər
“Qəbələ”dən 1-ci Liqa klubuna
“Qalatasaray”ın sabiq üzvü Braziliya klubunda
Millinin yeni üzvləri üçün maarifləndirici seminar
“Mançester Yunayted” kapitanını itirə bilər
DAHA ÇOX

Ən çox oxunanlar