“Rəqibə qol şansı vermədən qalib gəlmək önəmli idi” - Rəşad Sadıqov

“Rəqibə qol şansı vermədən qalib gəlmək önəmli idi” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.

“Sumqayıt” hücum fazasında güclüdür. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.

“Turan Tovuz"un gücü hamıya bəllidir. Mən də sizin kimi yarımfinalda "Turan Tovuz"u daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi "Kəpəz"lə çempionat oyununu düşünəcəyik.

Tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər”.

Son xəbərlər
Cüdo üzrə Liqa yarışının ilk turu keçiriləcək
Şirəliyev reytinq turnirinin ən yaxşı hakimi seçildi
Azərbaycan yığması qran-pridə 7 cüdoçu ilə təmsil olunacaq
“Zirə” “Sumqayıt” səddini belə keçdi - VİDEO
“Milan” müdafiəçisini icarəyə verə bilər
“Rəqibə qol şansı vermədən qalib gəlmək önəmli idi” - Rəşad Sadıqov
“Qırmızı vərəqə planlarımızı pozdu” - İliç
"Neftçi" "Turan Tovuz"la oyunun biletlərində endirim etdi
“Arsenal” “İnter”in müdafiəçinə nəhəng xərc çəkməyə hazırdır
Gənclər arasında intellektual festival keçirilib
Taekvondoçulardan beynəlxalq turnirdə 7 medal
“Tottenhem” oyunçusunu “Real”a satmayacaq
“Zirə” “Sumqayıt”a qalib gəldi, yarımfinala yüksəldi
"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başlayıb
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah” qələbə qazandı
Karrikin gələcəyi ilə bağlı müəyyənlik artır
Stolüstü tennis üzrə ölkə çempionatına start verildi
“Ağdaş”dan darmadağın
Premyer Liqada fevralın 5 ən yaxşı qolu - VİDEO
“Liverpul” rəhbərliyindən Slota tapşırıq
“Sona qədər xarakter göstərərək qələbə qazandıq”
Millimiz DÇ-nin seçmə mərhələsinə qələbə ilə başladı
“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”
Reteqi Avropa futboluna qayıda bilər
AFFA-dan “Karvan” üçün seminar
Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar
Ronaldo Premyer Liqa klubunu satın almaq istəyir
“Xetafe” 18 ildən sonra “Santyaqo Bernabeu”da “Real”ı məğlub etdi
“Flamenqo” baş məşqçisi ilə müqaviləyə xitam verdi
DAHA ÇOX

Ən çox oxunanlar