“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

“Titulu qorumaq üçün əlimdən gələni edəcəm”

Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində Nihat Məmmədli (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Sports.az xəbər verir kİ, Yunan-Roma güləşi üzrə milli komandanın üzvü yarış və gələcək hədəflərlə bağlı təəssüratlarını bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Çəkisalma prosesi rahat keçdi. Uzun müddət yarışlarda iştirak etmirdim deyə çəkisalmada problem yaşamadım. Ona görə də yarış vaxtı özümü çox yaxşı hiss edirdim. Güclü rəqiblər var idi. Amma görünür, mən daha hazırlıqlı idim. Bütün rəqiblərimə qalib gələrək çempion oldum. Nihadla uzun illərdir ki, bir yerdə məşq edirik. Görüşün başa-baş mübarizə şəraitində keçəcəyini bilirdim. Çünki bir-birimizi çox yaxşı tanıyırıq. Belə vəziyyətdə fərqli nəsə etmək çətin olur.

Qarşıdan Avropa çempionatı gəlir. Hədəf bəllidir: çempion olmaq. Bu yarışdakı titul AÇ öncəsi böyük stimul oldu. Öz gücümə inanıram. İnşallah, 3 qat Avropa çempionu olaram. Titulu qorumaq üçün əlimdən gələni edəcəm.

Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı. Şükürlər olsun, indi tam hazıram. Heç bir zədəm, ağrım yoxdur. Avropa çempionatından sonra hədəfim indiyə qədər 60 kq-da medal qazana bilmədiyim dünya çempionatında uğur qazanmaq olacaq”.

Son xəbərlər
“Sabah” “Karvan-Yevlax”a qarşı - YENİLƏNİR
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
“Liv Bona Dea Arena”da yenilənmə işlərinə start verilib
“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
“Çempion olmaq istəyirdim” - Hacıyev
Cəlal oynadı, komandası evdə uduzdu
Dünya çempionatında 7 medal
DAHA ÇOX

Ən çox oxunanlar