"Şamaxı" Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazandı

"Şamaxı" Premyer Liqada 300-cü, bütün turnirlərdə 400-cü qələbəsini qazandı

Misli Premyer Liqasının XXIV turu "Şamaxı" üçün ikiqat yubileylə əlamətdar olub.

Sports.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

"Şamaxı" "Sumqayıt"la səfər görüşündə 1:0 hesabına sevinib. Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

"Şamaxı" turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız "Qarabağ"la "Neftçi" daha çox oyunda qalib gəlib. 1999/2000 mövsümündə "Xəzər Universiteti" kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də "Xəzər"lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, I Liqada 16, "Birlik Kuboku"nda 8 qələbəsi olan "Şamaxı" bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.
 

Son xəbərlər
1/4 finalın son iştirakçıları müəyyənləşir
Millimiz “Böyük Dəbilqə”də 11 cüdoçu ilə iştirak edəcək
Günün oyunları – TV
“Barselona” Halandla bağlı qərar qəbul etdi
Banişevskinin xatirəsinə həsr olunan “Bakı Kuboku” keçiriləcək
Luis Enrike İngiltərə Premyer Liqasına keçməyəcək
“Yuventus”un Spalleti ilə yeni müqaviləsinə dair şərtlər açıqlandı
“Şamaxı”nın legioneri milliyə çağrıldı
“Mançester Siti” baş məşqçisi ilə vidalaşacaq?
Afrika Millətlər Kubokunun sonuncu çempionuna texniki məğlubiyyət
“Şamaxı” “Araz-Naxçıvan”a qarşı
“Real” “Mançester Siti”ni 1/4 finala buraxmadı
“Barselona” “Köln”ün hücumçusu ilə maraqlanır
Millimiz sonuncu oyununda da uduzdu
“Neftçi”dən asan, “Ordu”dan çətin qələbə
“Yuventus” yayda hücumçusu ilə ayrıla bilər
Azərbaycanın 2026-cı il üzrə “İdman səfirləri” müəyyənləşdi
Lənkəranda futzal turniri keçirilib
Premyer Liqada daha 3 turun oyun cədvəli açqlandı
“Atletiko” “Fənərbağça”nın müdafiəçisi ilə maraqlanır
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
Yarımfinalın cavab oyunlarının vaxtı bəlli oldu
“Mingəçevir” Orxan Sadıqlı ilə yollarını ayırdı
“Real” “Bayern”in hücumçusunu hədəfə aldı
İsayev məşqçilərlə ilk görüşünü keçirib
ABF-dən məşqçilər üçün nəzəri və praktiki seminar
“Napoli” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Əliyev İspaniyada beynəlxalq turnirdə iştirak edəcək
UEFA B kateqoriyalı qapıçı məşqçisi kursu təşkil olunub
“Çelsi”nin yarımmüdafiəçisi “zadəganlar”dan ayırla bilər
DAHA ÇOX

Ən çox oxunanlar