Millimiz “Böyük Dəbilqə”də 11 cüdoçu ilə iştirak edəcək

Millimiz “Böyük Dəbilqə”də 11 cüdoçu ilə iştirak edəcək

Gürcüstanın paytaxtı Tiflis martın 20–22-də növbəti mötəbər cüdo yarışına ev sahibliyi edəcək.

Sports.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığma yarışa kişilərdən ibarət komandanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında qatılacaq.

Azərbaycan turnirdə 7 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək yarışda 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) qüvvəsini sınayacaq. Dünya Turu seriyasına daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan millisinin heyətində kişilər arasında 66 kq çəki dərəcəsində Rəşad Yelkiyev və Turan Bayramov, 73 kq-da Kamran Süleymanov və Hidayət Heydərov, +100 kq-da isə Camal Qamzatxanovla Kənan Nəsibov yer alıb. Qadın cüdoçular arasında 48 kq-da Könül Əliyeva, 52 kq-da Leyla Əliyeva, 70 kq-da Südabə Ağayeva və Aytac Qardaşxanlı, +78 kq çəki dərəcəsində isə Madina Kaisinova Azərbaycanı təmsil edəcək.

Son xəbərlər
Azərbaycan gimnastları AÇ-də medalsız qaldılar
Azərbaycan millisinin üzvlərindən AÇ-də uğurlu nəticə
PSJ-dən ÇL-də növbəti çempionluq!
Kazemirodan Neymar üsyanı
Bernardo Silva intizardadır
“Tottenhem” “Milan”ın hücumçusunu satın ala bilər
“Kristal Pelas” alman mütəxəssislə danışıqlar aparır
“Yuventus” “Liveprul”un qapıçısını istəyir
“Liverpul” baş məşqçisini istefaya göndərdi
Millinin sabiq üzvü 42 yaşında karyerasını bitirdi
Millimizin 1/8 finaldakı rəqibi bəlli oldu
Millimiz Fransanı məğlub edərək qrup lideri oldu
Azər Bağırov “Kəpəz”dən ayrıldı
“Aston Villa” “Selta”nın müafiəçisi ilə maraqlanır
“Şamaxı” növbəti ayrılığı açıqladı
“Mançester Siti” “Atalanta”nın cinah müdafiəçisi ilə maraqlanır
“Yuventus” “Real”ın yarımmüdafiəçisinə göz dikib
Veteran müdafiəçisi “Piza” ilə yollarını ayırdı
Sağ ol, ay həkim! - Millimizin üzvünü təmənnasız sünnət edən adam danışdı
Yenidən A Seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
“Atletiko” “Mançester Siti”nin yarımmüdafiəçisi ilə maraqlanır
Otamendi “River Pleyt”lə müqavilə imzaladı
Narkotikin təsiri altında avtomobil idarə edən futbolçu saxlanıldı
“Komo” Çempionlar Liqasının ev oyunlarını harada keçirəcək?
Yığmamız beynəlxalq turnirə iki qələbə ilə başladı
Millimiz təlim-məşq toplanışını yekunlaşdırdı
Filipe Luis Fransa Liqa 1-də çalışa bilər
ÇL-in qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Millimiz Avropa çempionatında növbəti oyununa çıxacaq
DAHA ÇOX

Ən çox oxunanlar