2-ci Liqa klublarının cəzası açıqlandı

2-ci Liqa klublarının cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 18-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sheki City” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.

“Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.

“Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” komandası 300 manat cərimə edilib.

“Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 300 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununda “Dinamo” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununun 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Dinamo” komandası 100 manat cərimə edilib.

Son xəbərlər
“Araz-Naxçıvan”a Şamaxıda 1 qol bəs etdi - VİDEO
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
“3-4 oyundur, haqq etmədiyimiz halda məğlub oluruq”
“Şamaxı” ilə oyun heç-heçə də bitə bilərdi” - Demçenko
“Turan Tovuz”la “Çinar”a texniki məğlubiyyət verildi
PSJ və “Real” “Qalatasaray”ın hücumçusu uğrunda çəkişəcəklər
2-ci Liqa klublarının cəzası açıqlandı
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
Azərbaycan yığması Farer adalarına uduzdu
“Şamaxı” “Araz-Naxçıvan”a evdə uduzdu
“Roma” “Everton”n cinah müdafiəçisi ilə maraqlanır
Fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
“İnter” müdafiəçisinin transfer qiymətində güzəştə getməyə hazırdır
İmaməddin Xəlilovla Sabir Zeynalova fəxri ad verildi
AFFA nümayəndələri UEFA-nın seminarında
MY Kazemiro ilə bağlı mövqeyində qətidir
25-ci turun qalan beş oyununun təyinatları açıqlandı
Yüksək Liqada 15-ci turun təyinatları açıqlandı
“Milan” poruqaliyalı ulduzu ilə bağlı təkliflərə açıqdır
AFFA-nın baş katibinin müşaviri “Barselona" – "Nyukasl" oyununda
16 cüdoçumuz üçün Türingiya Kuboku
“Neftçi” – 89!
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
1/4 finalın son iştirakçıları müəyyənləşir
Millimiz “Böyük Dəbilqə”də 11 cüdoçu ilə iştirak edəcək
Günün oyunları – TV
“Barselona” Halandla bağlı qərar qəbul etdi
Banişevskinin xatirəsinə həsr olunan “Bakı Kuboku” keçiriləcək
Luis Enrike İngiltərə Premyer Liqasına keçməyəcək
“Yuventus”un Spalleti ilə yeni müqaviləsinə dair şərtlər açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar