Zəncinin arzuları

Zəncinin arzuları

Cahangirlər dünyasından
Qalmasın bir yadigar da;
Qoy ağlar da, qaralar da
Səadətlə nəfəs alsın

Səməd Vurğun

“FIFA Series – 2026” beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.

Ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib".

AFFA-nın bu paylaşımını gördüm bir əhvalat yadıma düşdü. 

Bir gün məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:

- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?!

AFFA-nın təşkil etdiyi 2 oyunluq turnirin ən azı bir matçında yaşanan biabırçılıqları hamı gördü. Sent Lüsiya ilə görüşdə paltardəyişmə otağını su basdı, qarşılaşma meydanın vaxtında xəttlənmədiyi və ya keyfiyyətsiz xəttləndiyi üçün 10 dəqiqə gec başladı. 

Bütün bunlardan sonra AFFA-nın baş katibinə yüksək təşkilatçılığa görə necə hədiyyə verilə bilər?!

Mini-turnirin qeyri-ciddiliyi təkcə bununla və rəqiblərimizin yarıhəvəskar olması ilə bitmirdi. 

"FİFA Series - 2026"da qonaq komandalar hərəyə 1, biz 2 matç keçirdik. Bu necə turnirdi ki, iştirakçı 3 komandadan ikisi hərəyə 1, digəri 2 oyun keçirir?!

Futbol üzrə Azərbaycan milli komandası tarixində ilk dəfə bir Afrika təmsilçisi ilə qarşılaşdı. Əsas vaxtı heç-heçə bitən görüşdə millimiz Syerra Leoneni penaltilərlə udub tarixində ilk dəfə FİFA bayrağı ilə keçirilən beynəlxalq turnirin qalibi oldu. 

Qələbədən sonra yaşananlar istər sosial şəbəkələrdə, istərsə də futbol ictimaiyyətində birmənalı qarşılanmadı. 

Sportkritik.az saytında gedən "Toppuşun arzusu" yazısından bir hissəyə diqqət edək:
- “International friendlies”, yəni “beynəlxalq yoldaşlıq oyunları” yazılan tablonun qarşısında Kuboku elə qaldırır, elə seivinirdilər ki, sanki mötəbər bir turnirin qalibi olublar. Həm də özləri özlərinə kubok verir, təltif edir. Açığı bu səhnəyə görə xəcalət çəkdim.  Yadıma uzun illər əvvəl baş vermiş bir hadisə düşdü. Məhəlləmizdə bir imkanlı qonşumuz vardı, alverlə məşğul idi. Bu kişinin futbol həvəskarı olan bir toppuş oğlu var idi. Gecə-gündüz  topla həyətdə gəzirdi. Bir gün gördüm, həyətimizin balaca asfalt stadionunda qələbəlikdi, çoxlu uşaqlar var, qızğın oyunlar gedir. Soruşanda dedilər, çempionatdır. Nə isə, oyun bitdi, kənardan kubok və medallar gətirdilər, kapitan sarğısında olan bu toppuş oğlan da kuboku qaldırdı, şar uçurtdular, fişəng atdılar. Sən demə toppuşun arzusu çempion olmaq imiş, atası da gedib Sədərəkdən kubok, medal alıb, komandaları bölüb, bütün zəifləri o biri komandalara, bütün güclüləri isə toppuşun komandasına verib, bir dənə də hakim gətirib və oğlunun arzusunu yerinə yetirib. O toppuş oğlan bir neçə ay kubok və medalla həyətdə gəzirdi və inanırdı ki, ciddi bir kuboku qazanıb. Dünən bizim toppuş da vardı o şənlikdə. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bapbalaca kubokdan iki əllə yapışıb uşaq kimi tullananda həmin qonşumuz toppuş oğlanı yadıma saldı. Deyilənə görə, o bala mişoppadan futbolçu zad olmadı, hələ də atası onun arzularını yerinə yetirməklə məşğuldur. 

Sportkritik.az-ın "Toppuşun arzusu" yazısının tam versiyasını saytımızdan da oxuya bilərsiniz.

Mən isə fikirləşirəm ki, bəlkə "Sədərək"də satılanlara bənzəyən kuboku çılğınlıqla qaldırıb-endirən Cahangir Fərəcullayev öz uşaqlıq arzusunu gerçəkləşdirirdiyi üçün emosiyalarını cilovlaya bilmədi. Bəlkə də azarkeşlərin, futbol ictimaiyyətinin çörəyi qulağının dibi ilə yediyini düşünür...

Amma inanmıram ki, Syerra Leone Futbol Federasiyasının rəhbərliyinin hansısa yoldaşlıq oyununda qələbəyə görə mundialı qazanmış kimi çılğınlıqla sevinmək arzusu olsun. 
Ən azı ona görə ki, Afrikanın zəif futbol ölkələrindən olsa da, rəhbər heyətlərində Mohamed Kallon kimi dünyaşöhrətli veteran futbolçu var... 

Allah başqa dərd verməsin!

Son xəbərlər
“Nyukasl” Tonali ilə vidalaşmağa hazırlaşır
Azərbaycan millisi Bursada təlim-məşq toplanışına başlayır
“Milan”da yeni hücumçu
“Zirə”nin legionerləri “FIFA Series”in qalibi oldu
Avram ehtiyada qaldı, komandası Kiprə uduzdu
Zəncinin arzuları
Ulduz hücumçusu “Napoli”dən ayrıla bilər
“Bayern” “Mançester Siti”nin ulduzu satın almaq istəyir
Kukurelya doğma klubuna qayıtmaq istəyir
Luis Suares Premyer Liqaya üz tuta bilər
“Liveprul” yeni baş məşqçi seçdi
İngilis azarkeşlər VAR-ı sevmirlər
Nikolas Pas “topçu” olmaqdan imtina etdi
Gəncədə keçiriləcək Avropa Kubokunda 11 ölkə iştirak edəcək
Kapitanı “Bayern”dəki gələcəyi ilə bağlı sualı təxirə saldı
“Milan” “Korintians”ın yarımmüdafiəçisinə görə təklif ünvanladı
PSJ keçmiş futbolçusuna təbrik ünvanladı
“Barselona” baş məşqçisi ilə sözləşdi
“Mançester Yunated” müdafiəçisi ilə bağlı qərar qəbul etdi
“Bayern” “Liverpul”un ulduzuna marağı ilə bağlı məlumatı təkzib etdi
Azərbaycan çempionatına yekun vuruldu
Millimizin dramatik qələbəsi - VİDEO
Millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı
Həsənzadə Daşkənddə çempion oldu
Toppuşun arzusu
Azərbaycan millisinin oyun proqramı açıqlandı
“Real” transfer planını dəyişdi
Müntəzəm mövsüm bu gün başa çatır
DÇ-2026-nın pley-off mərhələsinin 4 final oyunu keçiriləcək
Millimiz səfərdə Bolqarıstanla üz-üzə
DAHA ÇOX

Ən çox oxunanlar