Azərbaycan futbolu
Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi

01.04.2026 | 10:20
Azərbaycanlı FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.
Sports.az xəbər verir ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirilən Niderland – Belarus matçının baş hakimi olub.
Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusunda rəsmi xəbərdarlıq edib.
Qeyd edək ki, digər azərbaycanlı hakim Asiman Əzizli isə Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.
Son xəbərlər





























