Millimizdə yeni təyinat

Millimizdə yeni təyinat

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Sports.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.
2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Son xəbərlər
“Şahdağ Qusar”ın futbolçusuna 3 oyunluq cəza
“Kəpəz” cərimələndi
Yarımmüdafiəçisi “Çelsi”dən ayrıla bilər
“Liverpul” Oliseyə görə nəhəng məbləğ hazırlayır
Azərbaycan birinciliyi keçiriləcək
Millimizdə yeni təyinat
Zirkze “Mançester Yunayted”də fürsət qazanacağına inanır
Ronaldo Kazemironu “tovlamağa” çalışır
Hocson məşqçilik karyerasını bərpa etməsini əsaslandırdı
Doraso gələcək planını açıqladı
“Borussiya” müdafiəçisi ilə danışıqlarda dalana dirəndi
“Barselona” “Hoffenhaym”ın hücumçusu ilə bağlı sorğu ünvanladı
Messi onlara da qol vurdu
Azərbaycanlı FİFA referisi ilk dəfə beynəlxalq oyunu idarə etdi
Lüksemburq və Latviya C Liqasında qaldılar
“Qarabağ”ın futbolçusu Sloveniyaya qarşı oynadı
DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi
Pley-in mərhələsinin oyun cədvəli açıqlandı
İtaliya DÇ-2026-ya vəsiqə qazana bilmədi, Türkiyə həsrətə son qoydu
Türkiyə millisi 24 il sonra DÇ-nin final mərhələsində!
“Son oyuna maksimum köklənmişdik” - Kurtinaytis
Stadnikdən 250 güləşçi üçün “ustad dərsi”
“Mançester Siti” ulduzu ilə müqaviləsini yeniləməyə çalışır
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
“Arsenal” “Real”ın hücumçusu müqabilində ödənişə hazırdır
Millimiz Bolqarıstan yığması ilə səfərdə heç-heçə etdi
Müntəzəm mövsümə yekun vuruldu
“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi
“Real” məzununu Madridə qaytara bilər
“Napoli” Lukakunu komandadan kənarlaşdırır?
DAHA ÇOX

Ən çox oxunanlar