Azərbaycan futbolu
2-ci liqa komandalarına 70 manatlıq cərimə

01.04.2026 | 15:40
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sports.az xəbər verir ki, iclasda 2-ci Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağstafa Gəncləri” – “Quba” oyununda “Ağstafa Gəncləri” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.
Son xəbərlər





























